İranda qadın 22 il ərzində 11 ərini öldürməkdə ittiham olunur.
Bizim.Media xəbər verir ki, Mazandaran vilayətində yaşayan 56 yaşlı Gülsüm Əkbəri 2000-ci ildən 2023-cü ilə qədər yaşlı kişilərlə evlənərək onların var-dövlətini mənimsəyib və onları zəhərləmə və boğma üsulu ilə qətlə yetirib.
Əkbəri cinayətlərini məhkəmədə etiraf edib və hazırda ölüm cəzası ilə üz-üzədir.
Bu hadisə İranın ilk qadın seriya qatili olan Mahin Qədiri ilə müqayisədə daha geniş miqyasda baş verib. Mahin Qədiri 2006-2009-cu illərdə 6 nəfəri öldürməkdə ittiham olunaraq edam edilib.
Bizim.Media