EN

Mingəçevirdə qız üstündə qanlı dava

BAKI, 13 avqust. TELEQRAF

Mingəçevirdə qız üstündə başlayan mübahisə qanla bitib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə avqustun 13-ü gecə şəhərin Nizami küçəsində baş verib.

2004-cü il təvəllüdlü Yevlax rayon sakini Rəşad Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1995-ci il təvəllüdlü Tahirli İbrahim Fazil oğlunundöş nahiyəsinə bıçaqla xəsarətlər yetirib.

Yaralı xəstəxanaya çatdırılıb və dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

Əldə edilən ilkin məlumata görə, tərəflər arasında mübahisə qız üstündə olub.

DİN-in mətbuat xidmətinin regional qrupundanTeleqraf-ın yerli bürosunun sorğusuna cavab olaraqbildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları aparılır.

Chosen
30
6
teleqraf.com

7Sources