EN

Əcnəbi vətəndaşa qarşı əxlaqsızlıq edən “Bolt”un sürücüsü 5 il həbsdə qalacaq

Bakı Apellyasiya Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Amal Kərimzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Amal Kərimzadə 11 iyun 2023-cü il tarixdə, gecə saat 03 radələrində icarə əsasında idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğu zaman mobil telefonunda istifadə etdiyi taksi sifarişi proqramı - “Bolt” mobil tətbiqi vasitəsilə edilmiş təsadüfi sifariş əsasında müştəri qismində Rusiya vətəndaşı, əvvəllər tanımadığı, zərərçəkmiş S.S.-i (adı, soyadı şərtidir) götürüb. O, avtomobilin arxa oturacağına əyləşmiş qadını hava limanına çatdırmalı olduğu halda, zərərçəkmişə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
 

Belə ki, Amal yol boyunca avtomobili qəsdən aşağı sürətlə hərəkət etdirib, qıza əxlaqsız və intim təkliflər edib. O, rədd cavabı aldıqdan sonra həmin tarixdə saat 03:30 radələrində Bakı şəhəri Suraxanı rayonu ərazisində Bakı-Mərdəkan şosesində yolun hərəkət hissəsinin kənarında heç bir zərurət olmadan avtomobili təxminən 20 dəqiqə ərzində saxlayıb. Daha sonra Amal qapıları bağlayıb S.S.-in köməksiz vəziyyətindən istifadə etməklə əli ilə sifətinin sol yanaq nahiyəsindən vurub, bədəninin müxtəlif hissələrinə zərbələr endirib. Ardınca o, qadının çiyin və qollarından itələyib avtomobilin arxa oturacağında uzanıqlı vəziyyətə gətirib, öz əynində olan bütün paltarları çıxarıb və S.S.i də soyundurub. Daha sonra Amal əli ilə qadının bədəninin intim nahiyələrinə toxunaraq, ona qarşı əxlaqsızlıq edib.


Hadisədən sonra Amal Kərimzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilib. (Pravda.az)

Bizim.Media

Chosen
77
50
bizim.media

10Sources