EN

Zəhra Ərşadi İran XİN-in ABŞ ilə əlaqələr üzrə idarəsinə direktor təyin olunub

Diplomat Zəhra Ərşadi İran Xarici İşlər Nazirliyinin (XİN) Şimali və Cənubi Amerika ilə əlaqələr üzrə idarəsinə direktor təyin olunub.

“Report” xəbər verir ki, bu barədə məlumatı İSNA yayıb.

Bildirilib ki, İranın xarici işlər naziri Abbas Ərakçi bununla əlaqədar sərəncam imzalayıb.

Z.Ərşadi buna qədər İranın BMT-dəki daimi nümayəndəsinin müavini olub.

Chosen
31
50
report.az

10Sources