EN

Şair Ümid Nəccari Qazaxıstanın Şakərim Universitetinin fəxri professoru adına layiq görülüb

Şair Ümid Nəccari Qazaxıstanın “Abay Kunanbayev-180” Beynəlxalq Ədəbiyyat Festivalı çərçivəsində Qazaxıstanın Şakərim Universitetinin fəxri professoru adına layiq görülüb.

APA xəbər verir ki, TÜRKSOY-un və Qazaxıstan Yazarlar Birliyinin nümayəndələrinin iştirakı ilə universitetin əməkdaşları tərəfindən fəxri professor diplomu laureata təqdim olunub.

Qeyd edək ki, Ümid Nəccari APA İnformasiya Agentliyinin əməkdaşıdır.

Chosen
104
3
apa.az

4Sources