EN

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ağdam rayonu oldu (FOTO)

Bakı.Trend:

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi iləölkəmizin müxtəlif şəhər, rayon və ucqar kəndlərində uğurla icraedilən “Səyyar Gənclər Xidməti” layihəsinin 2025-ci il üçün ilkdəfə Cəbrayılda təşkilindən sonra növbəti dayanacağı Ağdam rayonuoldu. “Suveren dövlət, vətənpərvər gənclik” şüarı ilə keçirilənlayihə 15 avqust tarixinədək Ağdam gəncləri üçün öz işini davametdirəcək.

Dövlət başçısının elan etdiyi 2025-ci il “Konstitusiya vəSuverenlik İli” çərçivəsində həyata keçirilən “Səyyar GənclərXidməti”nin əsas missiyası Ali Baş Komandan, Prezident İlhamƏliyevin rəhbərliyi ilə əldə edilən şanlı Qələbənin və ölkəsuverenliyinin bərpasının gənclər arasında təbliği, ölkəmizdəgənclərin vətənpərvərlik, dövlətçilik prinsipləri, milli-mənəvidəyərlərimizə rəğbət ruhunda tərbiyə olunması, eyni zamanda dövlətgənclər siyasətinin təqdim etdiyi imkanların – məşğulluq,innovasiya, təhsil, sosial layihələr və digər istiqamətlər üzrətəşəbbüslərin region gəncləri üçün əlçatanlığının təminedilməsidir.

Səyyar Gənclər Xidmətinin Ağdamdakı açılış mərasiminin rəsmihissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsivə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızınəziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.Ardınca çıxış edən Ağdam Rayon İcra Hakimiyyəti başçısının müaviniXəqani Nəzərov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Başdirektoru Azər Əliyev layihənin gənclər üçün əhəmiyyətini yüksəkqiymətləndirərək layihənin dövlətçilik dəyərlərinin təbliğindəmühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, bu təşəbbüs təkcəgənclərin bilik və bacarıqlarının inkişafına deyil, həm də onlarınsosial aktivliyinin, milli birlik və vətənpərvərlik ruhunungüclənməsinə xidmət edir.

Rəsmi hissədən sonra açıq hava şəraitində Müdafiə Nazirliyi,Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə QarşıMübarizə üzrə Dövlət Komissiyası, 9 saylı Regional Ekologiya vəTəbii Sərvətlər İdarəsi və Ağdam Dövlət Peşə Təhsil Mərkəzininəməkdaşları tərəfindən iştirakçılar üçün maarifləndirici təlimlərkeçirilib. Eyni zamanda, peşəkarların təqdimatında gənclər ixtisasseçimi, karyera planlaması, şəxsi inkişaf və motivasiya, könüllülükfəaliyyəti, süni intellekt alətlərinin yaratdığı imkanlar, sağlamvə təhlükəsiz həyat mövzularında sessiyalara qatılıblar. Bununlayanaşı, Suveren gənclər, Rəqəmsal düşüncə, Təhsil və karyera,Vətənpərvər gənclik, Yaradıcı gənclik və Əyləncə adlı müxtəlifzonalarda gənclərin yaradıcılıq və intellektual potensialını üzəçıxaran interaktiv fəaliyyətlər – vörkşoplar, master-klasslar,intellektual oyunlar, viktorinalar və sərgilər təşkil olunub.Komanda əsaslı əyləncələr, stolüstü oyunlar və digər sosialproqramlar gənclərin həm asudə vaxtının səmərəli təşkilinə, həm dəqarşılıqlı əlaqələrinin güclənməsinə töhfə verib. Sonda fəallığıilə seçilən iştirakçılara mükafatlar təqdim olunub.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunundəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf vəKaryera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Cariilin oktyabr ayının sonunadək layihənin ölkənin 15 şəhər vərayonunu, o cümlədən ən ucqar kəndlərini əhatə edərək minlərləgəncə çatması planlaşdırılır.

Səyyar
Səyyar
Səyyar
Səyyar
Səyyar
Səyyar
Səyyar
Chosen
28
2
az.trend.az

4Sources