Ukrayna lideri Vladimir Zelenski Qərb ölkələrinə Kiyevin mövqeyini nəzərə almadan Ukrayna ilə bağlı qərarların qəbul edilməsinin mümkünsüzlüyü barədə "siqnal göndərmək" niyyətindədir.
Publika.az “Bloomberg”-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti bildirib.
“Mən siqnal verəcəm ki, Ukrayna ilə bağlı bütün həssas məsələlər Ukraynanın iştirakı ilə müzakirə olunmalıdır”, - o qeyd edib.
NBC telekanalının məlumatına görə, Tramp Zelenski ilə uzaqdan görüşəcək.