EN

Modi gələn ay Trampla görüşəcək

"The Indian Express" qəzetiyazırki, o, səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla da görüş keçirəcək. Məlumata görə, görüşdə iki ölkə arasında ticarət anlaşmazlıqlarının, Vaşinqtonun Hindistana qarşıyüksək gömrük rüsumlarının ortaq məxrəcə gətirilməsi istiqamətində danışıqlaraparılacaq.
Putin Hindistana gedəcək

Xatırladaq ki, avqustun 1-də ABŞ Prezidenti Donald Trampın imzaladığı sərəncamla "qlobal ticarəti Vaşinqtonun xeyrinə yenidən formalaşdırmaq məqsədilə" onlarla ölkəyə yüksək tariflər irəli sürülüb. İxrac tarifləri çərçivəsində ən yüksək göstərici (50%) Braziliyanın "payına düşüb". Eyni zamanda, İsveçrədən gələn mallara 39%, Kanada üçün 35%, Tayvan və Türkiyə üçün 20%, İsrail üçün 15% gömrük rüsumu nəzərdə tutulub. Sərəncamda vurğulanmayan bütün digər ölkələr üçün gömrük rüsumu isə 10%-də qərarlaşıb. Donald Tramp Rusiya neftinin idxalına və yenidən satışına görəHindistana da 25% gömrük rüsumu irəli sürüb.

Digər tərəfdən, avqustun 7-də Hindistanın milli təhlükəsizlik müşaviri Acit Doval Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşdə söyləyib ki, Rusiya PrezidentiVladimir Putin bu ilin axırlarında Hindistana səfərə yollana bilər.

Firudin Həmidli
AzVision.az
Chosen
25
1
azvision.az

2Sources