EN

Netanyahu bu ölkəyə səfəri zamanı həbs oluna bilər

Argentinadakı bir sıra insan haqları təşkilatları İsrailin Baş naziri Benyamin Netanyahunun 7–10 sentyabr tarixlərində ölkəyə planlaşdırılan səfəri zamanı “müharibə cinayətləri” və “soyqırımı” ittihamı ilə həbs olunmasını tələb ediblər.

"Cebheinfo.az" xəbər verir ki, dövlət İşçilərinin Dərnəyi (ATE) və “Uşaqlar Kimlik və Ədalət Uğrunda Unutmağa və Sükuta Qarşı Uşaqlar” (HIJOS) təşkilatı paytaxt Buenos-Ayres federal məhkəməsinə cinayət şikayəti təqdim edərək Netanyahunun Fələstinə qarşı zorakılıqlara görə məsuliyyət daşıdığını iddia edib.

Şikayətdə qeyd olunur ki, İsrailin 7 oktyabr 2023-cü ildən bəri apardığı əməliyyatlar fələstinlilərin məcburi köçürülməsinə və köklü şəkildə zərər görməsinə yönəlmiş uzunmüddətli, sistemli və planlı prosesin tərkib hissəsidir.

Bundan başqa sənəddə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Netanyahu haqqında çıxardığı həbs qərarına istinad edilərək deyilir:

“Netanyahu qəsdən aclıq yaratmaqla ölümlərə səbəb olmaq hərbi cinayətinin birgə iştirakçısıdır; qətl, zülm və digər qeyri-insani əməllər kimi bəşəriyyət əleyhinə cinayətlərin müəllifidir; həmçinin səhiyyə mərkəzləri, məktəblər və Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı qaçqın düşərgələri də daxil olmaqla mülki infrastrukturun məhv edilməsinə görə məsuliyyət daşıyır”.

Eyni zamanda, Argentina hakimiyyətinin Beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə Konvensiyaları və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu çərçivəsində üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməli olduğu da  qeyd edilir.

Chosen
40
1
cebheinfo.az

3Sources