EN

Mingəçevirdə 30 yaşlı kişi BIÇAQLANIB

Mingəçevirdə mübahisə qanla yekunlaşıb.

Bakues.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində baş verib.

Belə ki, Yevlax rayon sakini, 2004-cü il təvəllüdlü  Rəşad Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1995-ci il təvəllüdlü İbrahim Tahirinin döş nahiyəsinə bıçaqla xəsarətlər yetirib. Yaralı Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan saytımıza bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı istintaq araşdırmaları aparılır.

Chosen
63
50
icma.az

10Sources