Bakı, 13 avqust, AZƏRTAC
Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb.
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, o, A qrupunda yer alan Türkiyə və Danimarka komandalarının bu gün keçiriləcək qarşılaşmasında ikinci hakim funksiyasını yerinə yetirəcək.
Türkiyənin Malatya şəhərində baş tutacaq oyunun birinci hakimi isə yunanıstanlı Vasileios Vasiliadis olacaq.