EN

Azərbaycanlı hakim Türkiyə millisinin oyununa təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, o, A qrupunda yer alan Türkiyə və Danimarka komandalarının bu gün keçiriləcək qarşılaşmasında ikinci hakim funksiyasını yerinə yetirəcək.

Türkiyənin Malatya şəhərində baş tutacaq oyunun birinci hakimi isə yunanıstanlı Vasileios Vasiliadis olacaq.

"Cebheinfo.az" 

Chosen
48
2
cebheinfo.az

3Sources