Gürcüstanda Interpolun qırmızı bülletenlə axtardığı 12 Türkiyə vətəndaşı saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Cinayət Polisinin baş direktor müavini İrakli Dondoladze məlumat verib.
«Onlardan səkkizi Interpol tərəfindən axtarış elan olunmazdan əvvəl Gürcüstana daxil olub, dördü isə qanunsuz şəkildə ölkəyə gəlib. Bu isə əlavə cinayət təhqiqatlarının aparılmasına səbəb olacaq”, deyə o, əlavə edib.
Həbs olunanlar arasında ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunan şəxslər var.
Həbs əməliyyatlarından əvvəl genişmiqyaslı əməliyyat-təhqiqat tədbirləri həyata keçirilib. Bu işlərdə Gürcüstanın aidiyyəti qurumları ilə yanaşı, Türkiyənin Interpol bürosu və Gürcüstandakı polis və jandarma attaşeləri də iştirak ediblər.
Bizim.Media