EN

Putinin Valdaydakı iqamətgahı havadan belə QORUNUR - DETALLAR

Yerdən və peykdən əldə edilən görüntülər göstərir ki, Rusiya prezidenti Vladimir Putinin Novqorod vilayətinin Valday şəhərindəki iqamətgahının yaxınlığında ən azı 12 hava hücumundan müdafiə bölməsi yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Radio Svoboda” nəşri yazıb.

X şəbəkəsinin (keçmiş Twitter) jembobineuse istifadəçisi 12 avqust tarixində “Yandex.Kart” vasitəsilə Valdayda əvvəllər açıqlanmayan bir neçə hava hücumundan müdafiə sistemlərinin aşkarladığını bildirib.

“Radio Svoboda”nın jurnalisti Mark Krutov bu məlumatları təsdiqləyib və bölgədəki bütün sistemləri interaktiv xəritədə göstərib.

Putinin Valdaydakı iqamətgahına bir neçə kilometr məsafədə yerləşən ilk kompleks 2023-cü ilin yanvarında aşkarlanmışdı. O zaman yerli sakinlər “Aqentstvo” nəşrinə “Pantsir-S1” zenit raket-top kompleksinin fotosunu təqdim etmişdilər. 2024-cü ilin iyul ayında isə “Radio Svoboda” iqamətgah yaxınlığında ikinci “Pantsir-S1” sisteminin qeydə alındığını xəbər vermişdi.

“Radio Svoboda” qeyd edir ki, hazırda Putinin iqamətgahının ətrafında yerləşən sistemlərin sayı yalnız Moskva və Moskva vilayətindəki sistemlərin sayından beş dəfə azdır.

Bizim.Media

Chosen
17
bizim.media

1Sources