EN

Moldovada 443 TikTok kanalı bloklanacaq

Moldovada 443 TikTok kanalı bloklanacaq

Moldova hakimiyyəti dövlət qurumları və hakim Fəaliyyət və Həmrəylik Partiyası haqqında yalan məlumat yaymaq ittihamı ilə 443 TikTok kanalının bloklanmasına başlayıb.

AFN.az xəbər verir ki, bu barədə Moldova mediasında məlumat yayılıb. “Dezinformasiyanın yayılmasında iştirak edən 443 TikTok kanalının bloklanması ilə bağlı rəsmi müraciətlər göndərilib”, - deyə Moldova polisinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, 97 kanal hakim partiyanın siyasəti ilə bağlı dezinformasiya yaydığı üçün bloklanacaq: "128 kanal ictimai xadimlərə qarşı informasiya hücumlarında iştirak edib, böhtan atıb. Oxşar sorğular əsasında 160-dan çox kanal artıq bloklanıb".

Chosen
32
afn.az

1Sources