EN

“Qarabağ”ın necə güclü komanda olduğunu bilirik”

ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ferensvaroş”un futbolçusu Qabor Szalai UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunlar haqda danışıb.

Futbolpress.az xəbər verir ki, müdafiəçi III təsnifatda “Ludoqorets”ə qalib gəldikləri cavab oyunundan (3:0) sonra bunları deyib:

“Avropa Liqasının qrup mərhələsinə vəsiqəni artıq təmin etmişik. Bu, bizim üçün əhəmiyyətli mərhələdir. Ancaq Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmək üçün daha bir mərhələ qalır. Pley-offdakı rəqibimiz “Qarabağ”la bir neçə il əvvəl qarşılaşmışıq və onların necə güclü komanda olduğunu bilirik. Lakin bu turnirdə irəliləmək istəyirik”.

“Qarabağ” “Ferentsvaroş”la ilk oyunu avqustun 19-da Macarıstanda keçirəcək. Cavab görüşü isə 27-də Bakıda olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
36
50
futbolpress.az

10Sources