EN

Ukrayna ilə bağlı şok ssenarilər Bu bölgələrin ruslara verilməsi tələb olunur

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Britaniyanın nüfuzlu “The Times” nəşri Ukrayna-Rusiya müharibəsinin mümkün sonluqları ilə bağlı dörd fərqli ssenarini təqdim edib.

Bakupost.az xəbər verir ki, nəşr bu ehtimalların real geosiyasi dinamika və tərəflərin mövqeləri əsasında formalaşdığını bildirir.

1.Avropa variantı – Münaqişənin dondurulması:

Bu ssenariyə əsasən, müharibə mövcud cəbhə xətlərində (təqribən 1095 km) dondurulur. Ərazi mübadilələri olmur, lakin hərbi əməliyyatlar dayandırılır. Bu, Avropa ölkələrinin daha çox üstünlük verdiyi model sayılır.

2.Putinin şərti – Donbasın tam itkisi:

Burada Ukrayna Donetsk və Luqansk vilayətlərinin hamısından imtina edir. Nəticədə Kiyev mühüm müdafiə mövqelərini və sənaye ərazilərini itirir. Bu ssenari Moskvanın maksimalist tələblərinə daha yaxın hesab olunur.

3.Kiyevin güzəştləri – Daha geniş ərazi itkisi:

Ukrayna dörd vilayətdən – Luqansk, Donetsk, Zaporojye və Xersondan tamamilə imtina edir. Bu ssenaridə Ukrayna, hətta Rusiyanən tam nəzarətində olmayan bölgələri də əldən verir.

4. Ərazi mübadiləsi – Qarşılıqlı kompromis:

Ssenariyə görə, Rusiya bütün Donbas üzərində nəzarəti əldə edir, əvəzində Ukraynaya Xerson vilayətinin bir hissəsi qaytarılır. Lakin ekspertlər bu variantı dah az ehtimal edirlər, çünki Xerson vilayəti Rusiya üçün Krımla quru bağlantı baxımından həyati əhəmiyyət daşıyır.

Aysel,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

1Sources