Rusiyanın “Mərkəz” qoşun qrupunun bölmələri Donetsk vilayətinin Suvorovo və Nikanorovka yaşayış məntəqələrini ələ keçirib.
Qaziler.az bildirir ki, bu barədə avqustun 13-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Mərkəz qoşun qruplaşmasının bölmələrinin fəal və qətiyyətli hərəkətləri nəticəsində 2Donetsk Xalq Respublikası"nın Suvorovo və Nikanorovka yaşayış məntəqələri "azad edilib"”, - idarənin Teleqram kanalında yayılan məlumatda deyilir.
Müdafiə Nazirliyi əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin birləşmələrinin itkiləri 385-dən çox hərbçi təşkil edib. 2Bundan əlavə, son 24 saat ərzində Mərkəz qoşun qrupu bir piyada maşını, altı zirehli maşını, bir yük maşını və bir artilleriya qurğusunu məhv edib", - məlumatda deyilir.
QAZİLER.AZ