EN

Problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür – RƏQƏMLƏR

Bu il iyulun 1-nə dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin vaxtı keçmiş kreditləri 298,9 milyon manat təşkil edib.

Bu barədə bankın açıqladığı rüblük maliyyə hesabatında bildirilir.

Məlumata əsasən, bu, ötən il iyulun 1-i ilə müqayisədə 34,8% çoxdur.

Qeyd edək ki, iyunun sonuna Azərbaycanda 527,4 milyon manat problemli kredit olub ki, bu da 1 il əvvələ nisbətən 16,75% çoxdur. Başqa sözlə, vaxtı keçmiş kreditlərin 56,7%-i dövlət bankının payına düşüb.

Yenisabah.az

Chosen
19
6
editor.az

6Sources