EN

Hakan Fidan Qətərə gedir

Türkiyə xarici işlər naziri Hakan Fidan 13–14 avqust tarixlərində Qətərə səfər edəcək. 

"Cebheinfo.az"-ın Xarici İşlər Nazirliyinə istinadən məlumatına görə, Hakan Fidanın Qətərdə keçirəcəyi görüşlərdə Türkiyə ilə Qətər arasında bütün sahələrdə inkişaf edən strateji tərəfdaşlığın və gələcək dövr üçün yeni əməkdaşlıq istiqamətlərinin müzakirəsi gözlənilir. 

Bu il Qətərin paytaxtı Dohada keçirilməsi nəzərdə tutulan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Saniyin sədrlik edəcəyi Yüksək Strateji Komitənin 11-ci iclasına hazırlıqların müzakirə ediləcəyi, həmçinin başda Qəzza və Suriya olmaqla, regional məsələlərin müzakirə olunacağı gözlənilir. 

Fidanın Qətər səfərində Qəzzada atəşkəsin təmin olunmasına dair aparılan danışıqların mövcud vəziyyəti barədə fikir mübadiləsi aparılması, İsrailin Qəzzaya qarşı hücumlarının dayandırılması və iki dövlətli həllin reallaşdırılması üçün atıla biləcək əlavə addımların müzakirəsi, həmçinin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Dönəm Sədri qismində Türkiyənin çağırışı ilə keçiriləcək İƏT iclasına dair məsləhətləşmələrin aparılması nəzərdə tutulur. 

Bu səfərlə birlikdə Hakan Fidan bu il Qətərə üçüncü dəfə səfər etmiş olacaq. O, daha əvvəl 27 aprel və 2–3 fevral tarixlərində Qətərdə olub. 

Chosen
61
26
cebheinfo.az

10Sources