EN

Vyetnamın qadın voleybol komandasının iki üzvü KİŞİ ÇIXDI

İki vyetnamlı voleybolçu İndoneziyada keçirilən qadınlar arasında U21 dünya çempionatında gender testindən keçə bilməyib.

Bizim.Media xəbər verir ki, voleybol üzrə Vyetnam millisinin iki idmançısı kişi olaraq tanınıb.

Beynəlxalq Voleybol Federasiyası (FIVB) həmin idmançıların iştirak etdiyi bütün oyunların nəticələrini ləğv edib və onları turnirdən uzaqlaşdırıb.

Nəticədə Vyetnam komandası 1/8 finala vəsiqə qazana bilməyəcək və 17-24-cü yerlər uğrunda mübarizə aparacaq. Vyetnam Voleybol Federasiyası bu qərarla bağlı FIVB-yə apellyasiya şikayəti təqdim edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
142
2
bizim.media

3Sources