EN

Bir ildə Azərbaycanda 19 nəfər cəzaçəkmə müəssisələrindən qaçıb

  2024-cü ildə Azərbaycanda cəzaçəkmə müəssisələrindən qaçmağa nail olan 19 nəfər axtarışa verilib.

Bu barədə  Referans-ın  Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

Qeyd edilib ki, görülən axtarış tədbirləri nəticəsində cəzaçəkmə müəssisələrindən qaçan 19 nəfərdən 6-sının yeri müəyyən edilib.

Ötən il cəza çəkməkdən qaçdığına görə axtarılan şəxslərin sayı isə 55 nəfər olub. Onların 42 nəfərinin yeri müəyyən edilib.  

Chosen
73
9
referans.az

10Sources