Bakı. Trend:
8–12 oktyabr tarixlərində Azərbaycan Səhiyyə Nazirliyi vəTürkiyə Sümük-Oynaq Cərrahiyyəsi Cəmiyyətinin birgə təşkilatçılığıilə Qarabağın incisi Şuşa şəhərində V Türk Dünyası Ortopedik vəTravmatoloji Konqres keçiriləcək.
Trend xəbərverir ki, beynəlxalq tədbirdə Azərbaycan alimləri ilə yanaşı,Türkiyə, Özbəkistan, İtaliya, Qazaxıstan, Qırğızıstan, Yunanıstan,Bosniya və Herseqovinadan gələn tanınmış mütəxəssislər iştirakedəcəklər.
Konqresin əsas məqsədi ortopediya və travmatologiya sahəsindədiaqnostika üzrə təcrübə mübadiləsi aparmaq, cərrahi müdaxiləninoptimal üsullarını müəyyənləşdirmək, həmçinin aktual mövzularınelmi sessiyalarda müzakirəsini təşkil etməkdir.
Xatırladaq ki, Türk Dünyası Ortopedik və TravmatolojiKonqresinin birincisi 2018-ci ildə Bakıda keçirilib. Sonrakıillərdə konqres Qazaxıstan, Bosniya və Herseqovina və Qırğızıstandauğurla təşkil olunub.
Daha ətraflı məlumat üçün: turkdunyasiortopedi.org