EN

Naxçıvanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 6 %-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 120,2 milyon manat təşkil edib.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 % çoxdur.

Chosen
55
3
report.az

4Sources