EN

"Kəpəz"dən növbəti transfer

Bakı. Trend:

Transfer çalışmaları çərçivəsində "Kəpəz" daha bir futbolçunuheyətinə cəlb edib.

Trend xəbərverir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı müdafiəçi Cefferson Masiel Bentu Gəncə təmsilçisinəkeçib. 22 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.

Cefferson son olaraq Portuqaliyanın “Portimonense” klubununformasını geyinib. Masiel Bentu 2024/2025-ci illər mövsümündəPortiman şəhəri təmsilçisinin heyətində 14 oyun keçirib.

Qeyd edək ki, "Kəpəz" daha öncə Şakir Seyidov (son klubu"Sabah"), Pedro Qomes (son klubu "Boavişta", Portuqaliya), AdamaFofana (son klubu “Adanaspor”, Türkiyə), Otar Aptsiauri (son klubu"Dinamo", Gürcüstan), Kaçper Rosa (son klubu "Motor", Polşa), FəridNəbiyev (son klubu "Səbail"), Olavale Onanuqa (son klubu "BneiYehuda", İsrail), Vitor Feijaonu (son klubu "Sentral KostMariners", Avstraliya) transfer edib.

Chosen
49
4
az.trend.az

10Sources