EN

ABŞ Rusiyaya xəbərdarlıq edib

ABŞ-ın maliyyə naziri deyib ki, avqustun 15-nə planlaşdırılan ABŞ-Rusiya sammiti nəticəsiz qalarsa, Vaşinqton sanksiyalardan və ikinci dərəcəli rüsumlardan istifadə edə bilər.

Bakues.az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skot Bessent deyib.

O bildirib ki, ABŞ hər ehtimala qarşı Rusiyaya xəbərdarlıq edib.

“Tramp Putinə başa salacaq ki,bütün variantlar mümkündür. Sanksiyalar sərtləşdirilə bilər və ya yumşaldıla bilər. Onların müəyyən müddəti ola bilər, qeyri-müəyyən müddətə qüvvədə ola bilər. Bilirsiniz, dünyanın hər yerində Rusiyanın gəmilərdən ibarət “kölgə donanması” var ki, məncə, sanksiyalar tətbiq edə bilərik”, – deyə Bessent qeyd edib.

O, həmçinin Avropa liderlərini sanksiyalardan Rusiyaya qarşı təsir rıçaqları kimi istifadə etməyə çağırıb.

Chosen
12
2
icma.az

10Sources