EN

Miqrant gəmisi çevrilib - Çox sayda ölənlər var

100-ə yaxın miqrantı daşıyan gəmi İtaliya sahillərində çevrilib.

Moderator.az Euronews-ə istinadən xəbər verir ki, nəticədə 20 nəfər həyatını itirib, itkin düşənlər var.

60 nəfər isə xilas edilib.

Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2014-cü ildən bəri Aralıq dənizinin mərkəzi hissəsində 25.260 nəfərdən çox miqrant həlak olub və ya itkin düşüb.

Chosen
25
4
moderator.az

6Sources