Gürcüstanın Tsalka şəhərindən (Kvemo Kartli bölgəsi) 3 km və Tbilisidən 37 km məsafədə yerli vaxtla saat 10:08-də 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Â
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstanın Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Â
Zəlzələ ocağı 10 km dərinlikdə, episentri isə Kvemo Xaraba kəndindən 1 km məsafədə yerləşib.
Â
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Â