EN

Tramp və Zelenski arasında video danışığın gizli keçirilməsi planlaşdırılır

ABŞ prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenskinin də iştirak edəcəyi Avropa liderlərinin videokonfransı informasiya sızması ilə bağlı narahatlıqlar səbəbindən ciddi məxfilik şəraitində keçiriləcək.

Editor.az bu barədə Bild-ə istinadla xəbər verir.

Məqalədə deyilir: “Videokonfrans ən yüksək təhlükəsizlik səviyyəsinə malikdir. Rusiya casuslarının dinləmələri ilə bağlı narahatlıqlar var! Bunun qarşısı alınmalıdır”.

Nəşr qeyd edir ki, Reyx kanslerinin dördüncü mərtəbəsi məxfidir və dinləmə cihazlarından qorunur. Jurnalistlərin sözlərinə görə, bütün hökumət başçıları videobağlantı vasitəsilə danışıqlar zalına qoşulacaqlar.

Məqalə müəllifləri həmçinin bildiriblər ki, Almaniya kansleri Fridrix Merz və Zelenski danışıqlar zamanı otaqda olacaq və “situasiya mərkəzinə” daxil olmaq istəyən hər kəs daxil olarkən telefonlarını təhvil verməli olacaq.

//Gülnarə Abasova, Editor.az

Chosen
27
editor.az

1Sources