İran Prezidenti Məsud Pezeşkian İsrailin Baş naziri Binyamin Netanyahunun iranlıları su və elektrik enerjisinin kəsilməsi fonunda öz hökumətlərinə etiraz etməyə çağırmasını pisləyib.
Publika.az xəbər verir ki, o, bu barədə “X”də paylaşım edib.
“Qəzza sakinlərini sudan və yeməkdən məhrum edən rejim İran xalqına su gətirmək istəyir? İllüziyaya baxın!”, - İran Prezidenti yazıb.