EN

Alexandro Serrano daha 2 il “Turan Tovuz”da!

2025/26 mövsümünə hazırlığı davam etdirən “Turan Tovuz” legioner futbolçusu Alexandro Serrano ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, ispan futbolçu ilə 2 illik yeni sözləşmə imzalanıb. O, yeni müqaviləyə əsasən 2026/2027-ci illər mövsümünün sonunadək Tovuz klubunun uğurları üçün çalışmağa davam edəcək.

Alexandro Serrano peşəkar karyerasına Xixon “Sportinq”ində başlayıb. O, “Espanyol”, “Malyorka” və “Selta”nın B komandalarında da oynayıb. Ölkəsində “Malyorka”, “Salamanka”, “Talavera”, “Korneliya” kimi klubların formasını geyinmiş futbolçu Polşa və Bolqarıstanda legioneri həyatı yaşayıb. 2021/2022 mövsümündə Polşanın “Qurnik” komandasında oynamış futbolçu 2022-ci ildən Tovuza gələnə kimi Bolqarıstan “Hebar”ında forma geyinib.

“Turan Tovuz”a 2023-cü ilin iyul ayında qoşulmuş ispan futbolçu bu komandada 72 oyuna çıxıb, 5 qol və 11 məhsuldar ötürmə müəllifi olub.

Serrano İspaniyanın U-17, U-18 və U-19 yığmalarında da çıxış edib.

Xatırladaq ki, “Turan Tovuz” daha öncə David Tavares, Abdulla Rzayev, Roberto Olabe, Oleq Baklov, Filip Ozobiç və İbrahima Vadjini transfer edib. İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski, Sadiq Quliyev və Orxan Əliyev isə komandanı tərk ediblər.

Chosen
35
arena.az

1Sources