EN

Şamaxıda dəhşətli QƏZA: Bir nəfər öldü, üç azyaşlı xəsarət aldı

Yenisabah portalından verilən məlumata əsasən, ain.az bildirir.

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.az-ın məlumatına görə, hadisə bu gün Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində qeydə alınıb.

Qeyd olunub ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Dominos pizza

Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 23 yaşlı Leyla Qasımova aldığı xəsarətlərdən ölüb, eləcə də 3-ü azyaşlı olmaqla 5 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
2
yenisabah.az

10Sources