EN

Britaniyanın XİN başçısı lisenziyasız balıq tutdu, cərimələnə bilər

Azpost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bu ölkədə səfərdə olan Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey Di Venslə birlikdə lisenziya olmadan balıq tutduqlarını etiraf edib.

“Sky News” xəbər verir ki, nazir bu barədə ekoloji nəzarət orqanına məlumat verdiyini açıqlayıb.

Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, bu, unutqanlıq səbəbindən baş verib.

Qeyd edək ki, İngiltərə və Uelsdə yaşı 13-dən çox olan hər kəsin şirin suda, məsələn, sazan balığı tutması üçün lisenziya tələb olunur. Lisenziyasız balıq tutmaq 2 min 500 funt sterlinqədək cərimə ilə nəticələnə bilər.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
43
9
azpost.info

10Sources