EN

Masazırda motosiklet sürücüsü “BYD”yə çırpılıb yola yıxıldı ANBAAN VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Abşeron rayonu, Masazır qəsəbəsində baş vermiş yol qəzası anbaan kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 11-də günorta saatlarında qeydə alınıb. Belə ki, motosiklet idarə edən gənc oğlan qəza törədib. Kadrdan da göründüyü kimi, motosikletçi nəqliyyat vasitəsini yüksək sürətlə idarə edib. Nəticədə o, yolda dayanmış “BYD” markalı avtomobilə dəyərək motosikletdən asfalta yıxılıb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb və qəzadan dərhal sonra ayağa qalxıb. Hadisə zamanı nəqliyyat vasitələrinə maddi ziyan dəyib.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
avtosfer.az

1Sources