EN

Ötən il qızılca və suçiçəyi keçirənlərin sayı açıqlandı

2024-cü ildə qızılca və suçiçəyi keçirən şəxslərin sayı açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu, “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində öz əksini tapıb.

Məlumata əsasən, ötən il 18 584 nəfər qızılca, 22 615 nəfər isə suçiçəyi xəstəliyi keçirib.

2023-cü ildə qızılca keçirənlər 13 207 nəfər, suçiçəyi keçirənlər isə 41 874 nəfər olub.

Bizim.Media

Chosen
26
5
bizim.media

6Sources