EN

Yumurtaların rəf ömrü açıqlandı Bu müddətdən artıq saxlamaq olmaz

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dietoloq Vanessa Giglio təzə yumurtaların maksimum saxlanma müddətinin bir ay olduğunu bildirib.

Milli.Az xəbər verir ki, dietoloqun sözlərinə görə yumurtalar düzgün saxlanıldıqda soyuducuda 21-30 gün ərzində istifadəyə yararlı qalır. Bunun üçün yumurtaların qabığı zədələnməməli və güclü iyli qidaların yanında saxlanılmamalıdır.

Giglio qeyd edib ki, yumurtalar öz qablaşdırmasında və ya bağlı konteynerdə soyuducunun daxili rəfində saxlanmalıdır, qapıda deyil. Həmçinin, saxlanma müddəti boyunca qabığın bütövlüyü mütəmadi yoxlanılmalıdır. Yumurtaların qoxusu dəyişibsə, görünüşündə dəyişiklik yaranıbsa və ya çatlar əmələ gəlibsə, onları yemək tövsiyə edilmir.

İsmayıl

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
3
news.milli.az

4Sources