EN

İri və xırda buynuzlu heyvanların qiymətinin bahalaşması ölkə daxilində ətin qiymətinə təsir göstərir

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

FAO-nun Ət Qiymətləri İndeksi iyulda 1,2 faiz artaraq 127,3 bəndlə rekord həddə çatıb. Mal və qoyun ətinin kəskin bahalaşması, quş ətinin qiymətinin cüzi artması ümumi indeksi yüksəldib. Avstraliya, Braziliya, Çin və ABŞ-dan güclü tələbat ixrac təklifini aşaraq mal ətinin qiymətini rekord həddə çatdırdı. Donuz əti qiymətləri isə Avropa İttifaqındakı zəif tələbat və yüksək tədarük səbəbindən azalıb.

Okeaniyadan təklifin məhdud olması və yüksək tələbat səbəbindən qoyun ətinin qiymətləri də ardıcıl dördüncü aydır artıb. Bu artımın Azərbaycana nə kimi təsiri var?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda donuz ətinin qiymətinin dəyişməsi o qədər də ciddi təsir etmir, çünki əhalinin 95 faizi özünü müsəlman hesab edir.

Akif Nəsirli

“95 faizin beş faizi donuz ətindən istifadə edir, 90 faiz əhali donuz ətini haram sayır və bundan istifadə etmir. Bu səbəbdən də donuz ətinin qiymətinin ucuzlaşmasının Azərbaycan bazarına elə də ciddi təsirləri olmayacaq. Amma iri və xırda buynuzlu heyvanların heyvan ətinin, yəni qırmızı ətin bahalaşması Azərbaycanın daxili bazarına ciddi şəkildə təsir edə bilər. Ölkə daxilində havaların isti keçməsi heyvandarlıqla məşğul olan fermerlərin xərclərini artırır və bu səbəbdən ölkə daxilində qiymət bahalaşır. Məsələn; yay mövsümü ərzində qoyun əti 20 manatdan 22 manata, mal əti 15 manatdan 17 manata qədər bahalaşıb. Üstəgəl, ixrac məhsulu dünya bazarında ət qiymətinin bahalaşmasından təsirlənərək, bahalaşacaq və bu da ölkə daxilində ətin qiymətinin bahalaşmasına yeni təzyiqlər yarada bilər”-deyən iqtisadçı qeyd edib ki, idxal əti hələ ki, Azərbaycan bazarına yad görünür, yəni idxal ətinə meyllənmə hələ müşahidə edilmir.

“Hamı qəssabxanadan yerli məhsul almaq istəyir. Yəni pərakəndə satış mərkəzlərində idxal əti çox az hallarda gəlib çıxır. Amma hər halda o, idxal ətin bahalaşması yerli ətin bahalaşmasına müəyyən dolayı təzyiqlər yaradır”-deyən ekspertin fikrincə, iri və xırda buynuzlu heyvanların qiymətinin bahalaşması ölkə daxilində ətin qiymətinin bahalaşmasına yeni təzyiqlər yarada bilər.

“Bu vəziyyət qısamüddətli olsa da, daxili bazara ciddi təsirlər göstərir. Amma uzunmüddətli davamlı qiymət artımı, ölkə daxilində də təzyiq göstərir”-deyə Akif Nəsirli bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
icma.az

1Sources