EN

Saçdan hazırlanan diş məcunu möcüzəsi

Britaniyalı alimlər saçdan hazırlanan diş məcununun diş çürüməsini müalicə edə biləcəyini aşkarlayıblar.

Publika.az "Daily Mail"ə istinadən xəbər verir ki, alimlər insan saçından hazırlanan diş məcununun zədələnmiş dişləri bərpa edə və diş çürüməsinin qarşısını ala biləcəyini müəyyən ediblər.

London Kral Kollecinin tədqiqatçıları saçdan əldə edilən keratinin zədələnmiş diş minasını ənənəvi florid tərkibli məhsullardan daha effektiv bərpa edə biləcəyini bildirirlər.

Yeni texnologiya ilə hazırlanan diş məcunları diş çürüməsinin ilkin mərhələlərini tamamilə dayandıra və diş həssaslığını azalda bilər.

Tədqiqatın baş müəllifi Dr. Şerif Elşarkavi keratinin minanın quruluşunu təqlid edən sıx bir mineral təbəqə meydana gətirdiyini bildirib. Onun sözlərinə görə, keratin tüpürcəkdə olan minerallarla qarşılıqlı əlaqədə olur, tədricən kalsium və fosfor toplayaraq kristala bənzər təbəqə yaradır. Beləliklə, diş güclənir və açıq sinir kanalları bağlanır.

Chosen
92
1
publika.az

2Sources