EN

A Seriyasını məzarlığa bənzətdi: Əvvəllər Ronaldo və Riberi idi, indi isə onlar

Məşhur keçmiş italyan futbolçusu Paolo Di Kanio Luka Modriç və Kevin De Bruyne kimi oyunçuların Serie A-ya keçidi barədə fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, o, A seriyasını “nəhəglərini qəbirstanlığı” adlandırıb:

“Bu perspektiv ikiüzlülükdür: İtaliya A Seriyası hələ də nəhənglərin qəbiristanlığı olaraq qalır. Əvvəllər gələnlər Ronaldo Nazario və Frank Riberi idisə, indi De Bruyne və Modriçdir.

Təbii ki, Luka və Kevin top-klass oyunçulardır. Amma mən maraqlanıram, onlar yüksək səviyyədə neçə matç keçirə biləcəklər. Və ən əsası, onların ustalığı və texnikası komanda yoldaşlarına nə dərəcədə ötürüləcək. Çünki belə unikal birini təkrarlamaq çətindir.

Demək istəyirəm ki, onlar komandayı təkbaşına daşıya bilməyəcəklər. Biz, əlbəttə, onların ustalığını görməkdən məmnun olarıq, amma yoldaşları tez bir zamanda anlayacaq ki, kimlə oynayırlar.

Chosen
18
11
publika.az

10Sources