Culfa şəhəri, Heydər Əliyev prospekti, 54 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin inzibati binasının əsaslı təmiri işlərinə 434 158 AZN sərf ediləcək.
Pravda.az-ın xəbərinə görə, işi “Construction Business Group” MMC həyata keçirəcək.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və MMC müvafiq müqavilə imzalayıb.
Cabir Həsənov
Tarix: 14 Avqust 2025, 08:01