ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) Alyaskanın paytaxtı Juno şəhərindəki Mendenhal buzlağı ətrafında güclü daşqın riskinin olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, məlumatı "Juneau Empire" internet saytı yayıb.
Hakimiyyət orqanları Juneau sakinlərini təxliyə etməyə çağırıb.
Milli Hava Xidmətinin (NWS) rəsmisi Nikol Ferrin daşqın riskini şərh edərkən: "bizim məlumatlara əsasən, bu, yeni rekord olacaq" deyib.
Geniş bir vadidə yerləşən Mendenhal buzlağı hövzədə "İntihar" su gölü üçün buz bəndi rolunu oynayır. Hövzədən axan su 2011-ci ildən bəri fasilələrlə daşqınlara səbəb olur.
Alimlər qeyd edirlər ki, iqlim dəyişikliyinin təsiri ilə bu daşqınlar ildən-ilə güclənir.