EN

Süni intellekt plagiat kitab yazıb

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Hər gün həyatımıza daha çox nüfuz edən süni intellekt texnologiyası artıq kitab nəşriyyatına da əl atıb. Süni intellektlə hazırlanmış pirat kitablar dünyanın ən böyük e-ticarət platformalarından biri sayılan "Amazon"a sızıb.

Bizimyol.info xəbər verir ki, "The Bookseller" nəşrinin verdiyi məlumata görə, britaniyalı komediya ustası Ris Ceymsin bu gün satışa çıxacaq “You’ll Like It When You Get There: A Life Lived Reluctantly” (“Oraya çatanda bəyənəcəksən: İstəksiz yaşanmış bir həyat”) adlı xatirə kitabı daha satışa çıxmamış, "Amazon"da onun süni intellektlə yazılmış bir neçə fərqli versiyası satışa çıxarılıb.

Ris Ceyms "Instagram"da paylaşdığı videoda, "Amazon"da qarşılaşdığı bu fərqli kitab versiyalarını təsadüfən görüb. Platformada gördüyü ilk kitabın üz qabığında öz adının yazılmasına baxmayaraq, şəkildə tamamilə başqa bir adamın onun kimi poza verdiyi əks olunub.

Ceymsin paylaşımından sonra Britaniya Nəşriyyatçılar Assosiasiyası da açıqlama yayaraq, süni intellektlə yaradılan keyfiyyətsiz kitabların istehlakçıların etimadına zərər verə biləcəyini bildirib.

Yazıçılar Birliyinin baş direktoru Meri Rasenberger isə bildirib ki, bu kitabları yükləyən “nəşriyyatçılar” əslində dələduzlardır və onlar süni intellektin imkanlarından istifadə edərək aşağı keyfiyyətli versiyaları sürətlə hazırlayıb satışa çıxarırlar. "Amazon" onları aşkar etdikdə belə, onlar artıq qazancı əldə edib, yəqin ki, növbəti saxta layihəyə keçmiş olurlar.

Digər tərəfdən, bu vəziyyətdən əziyyət çəkən təkcə Ris Ceyms deyil. Son aylarda Kara Svişer və yazıçı Mari Arananın kitabları da "Amazon"da süni intellektlə həyata keçirilmiş dələduzluq hallarına tuş gəlib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
58
50
bizimyol.info

10Sources