EN

"Liverpul"da 18 yaşlı müdafiəçi

style='margin-bottom:10px;'>

"Liverpul" "Parma"nın futbolçusu Covanni Leonini transfer etməyə hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

"Mersisaydlılar" 18 yaşlı mərkəz müdafiəçisi ilə müqavilə bağlayıb. Bildirilib ki, transfer məbləği təxminən 35 milyon avro olacaq.

Futbolçu dərhal baş məşqçi Arne Slotun komandasına qoşulacaq.

Ötən mövsüm Leoni bütün yarışlarda 17 oyun keçirib və 1 qol vurub. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Chosen
41
teleqraf.com

1Sources