EN

“Sülh sazişi Rusiya və İranı birləşdirəcək” –PAŞİNYAN

“Düşünürəm ki, Vaşinqtonda imzalanmış saziş İran və Rusiya üçün əhəmiyyətli olacaq”

Herbiand.az xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Fox News”a müsahibəsində bildirib.

Paşinyan hesab edir ki, sənəd icra edildikdən sonra İran Körfəzdən Qara dənizə qədər dəmir yolu çıxışı əldə edəcək. Eyni zamanda Rusiya və İran arasında birbaşa dəmir yolu əlaqəsi mümkün olacaq: “Hazırda Cənubi Qafqazdan İranı Rusiya ilə birləşdirən dəmir yolu xətti mövcud deyil. Bəyanata əsasən, layihə təkcə Ermənistan, Azərbaycan, ABŞ və Türkiyə üçün deyil, həm də Rusiya və İran üçün mühüm və faktiki olaraq misilsiz iqtisadi imkanlar yaradacaq. Bu, beynəlxalq sabitlik və təhlükəsizliyə də töhfə verəcək”.

Chosen
62
16
herbiand.az

10Sources