EN

İrəvanda Ermənistan Aİİ konfransı keçiriləcək

ain.az, Azvision portalına istinadən məlumat yayır.

Bu barədə tədbirin təşkilatçısı, "Mənim ölkəm, mənim Ermənistanım" hərəkatının lideri, "Ölməz alay" beynəlxalq hərəkatının koordinatoru Mher Avetisyan özünün sosial şəbəkə hesabında məlumat verib. O diqqətə çatdırıb ki, tədbir əsas qonaqlar qismində məşhur politoloqlar Dmitri Sayms və Fyodor Lukyanov da qoşulacaqlar. Konfransda Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri, ittifaqın Ermənistanın iqtisadi və siyasi inkişaf perspektivlərinə təsiri ilə əlaqədar müzakirələr aparılacaq.

Paşinyan Aİİ-nin iclasına getməyəcək

Digər tərəfdən, Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin Hökumətlərarası Şurasının avqustun 14-15-də Qırğızıstanda iclası keçiriləcək. Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryanın dünən yerli mətbuata verdiyi məlumata görə, Nikol Paşinyan avqustun 12-dən 15-dək məzuniyyətə çıxdığı üçün həmin iclasa qoşulmayacaq. İclasda Baş nazirin müavini Mher Qriqoryanın iştirakı gözlənilir. Firudin Həmidli

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
azvision.az

2Sources