EN

Rusiya Ukraynanın raket proqramını məhv edib

Yazını böyüt
Yazını kiçilt

Rusiya Ukraynanın "Sapsan" ballistik əməliyyat-taktiki raket (ƏTR) komplekslərinin istehsalı planlarını tamamilə pozduğunu bəyan edib.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, Ukrayna keçmiş SSRİ-dən qalan texnologiyalar və ehtiyatlardan istifadə edərək gizli şəkildə öz raket proqramını inkişaf etdirirdi".

Qurumun bildirdiyinə görə, xüsusi əməliyyat Rusiya Müdafiə Nazirliyi ilə birgə həyata keçirilib. Nəticədə "Sapsan" raket komplekslərinin yaradılmasında iştirak edən Ukrayna hərbi-sənaye kompleksinin obyektlərinə zərbələr endirilib.

FTX-nin məlumatında qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri NATO ölkələrinin icazəsi ilə "Sapsan" ƏTR-lərini Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün istifadə etməyi planlaşdırırdı.

Bundan əlavə, FTX "Sapsan" raketlərinin mümkün zərbə radiusunun xəritəsini dərc edib.

Chosen
4
1
hafta.az

2Sources