EN

AMB “Guavapay”, “CİBPay” və “Baku Pay”a icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Guavapay", "CİBPay"və "Baku Pay" MMC-lərə icrası məcburi göstəriş verib.

Bu barədə AMB-dən bildirilib

Məlumata görə, AMB-nin “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndi ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, habelə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq "Guavapay”, "CİBPay"və "Baku Pay" MMC -lərə icrası məcburi olan göstəriş verilib.

​​​​​​"Cebheinfo.az"

Chosen
22
19
cebheinfo.az

10Sources