EN

"Qarabağ" sabiq futbolçusunu geri qaytarır

"Qarabağ" sabiq futbolçusunu geri qaytarmağa yaxındır.

Publika.az xəbər verir ki, söhbət hücumçu Ovusu Kvabenadan gedir.

"Africafoot"un məlumatına görə, Azərbaycan çempionu hazırda azad agent olan qanalı futbolçu ilə bir neçə gün əvvəl danışıqlara başlayıb. Artıq bir çox məsələlər üzrə razılığın əldə olunduğu bildirilir.

Vəziyyət dəyişməsə, Kvabenanın yaxın günlərdə 2 illik müqaviləyə imza atması gözlənilir.

Qeyd edək ki, Ovusu 2020-2023-ci illərdə "köhlən atlar"ın üzvü olub. 2021/22 mövsümündə icarə əsasında "Ankaragücü"də çıxış edib. 2023-cü ilin yayında isə "Ferensvaroş"a transfer olunub. Macarıstan klubu ilə müqaviləsi isə bu yay başa çatıb. Ötən mövsümü isə yenidən icarə əsasında Ankara klubunda keçirib. O, 16 oyunda 9 qola imza atıb.

Chosen
13
publika.az

1Sources