EN

“Bu tətil yox, əxlaqsızlıqdır” Səmra Rəhimli tənqid edildi

ain.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avroviziya təmsilçimiz, müğənni Səmra Rəhimli yenidən sosial medianın gündəminə düşüb.

Yenisabah.az xəbər verir ki, son günlər ard-arda paylaşımları ilə müzakirə mövzusu olan ifaçı bu dəfə dənizdə çəkilmiş videosunu izləyiciləri ilə bölüşüb.

Səmra Rəhimli həmin görüntüləri şəxsi “İnstagram” hesabında yayımlayıb. Kadrlarda onun çimərlik geyimində dənizdəüzərək kamera qarşısına keçdiyi görünür. Marqarita pizza

Lakin bu paylaşım izləyicilər arasında birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçilərinin bir qismi ifaçının bu görünüşünü bəyənmədiklərini bildirərək, sərt iradlar səsləndiriblər. Şərhlərdə “Bu tətil görüntüsü yox, əxlaqsızlıqdır”, “Səhnə adamına yaraşmır” kimi fikirlər yer alıb.

Qeyd edək ki, Səmra Rəhimli son zamanlar tez-tez paylaşdığı cəsarətli fotolar və videolarla müzakirə mövzusu olur.

Aydan Hacı 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
41
31
yenisabah.az

10Sources