EN

Ali Koç "Feyenoord" üzərində qələbəyə görə Mourinyoya transfer hədiyyəsi edəcək

  "Fənərbağça" rəhbərliyi "Feyenoord" üzərində qələbəyə görə yeni futbolçu transferi gerçəkləşdirmək istəyir. 

Referans  xəbər verir ki, "sarı-lacivərtlər" 28 yaşlı futbolçu Yuri Tielemans ilə maraqlanır. "Sözcü" nəşrinin yaydığı məlumata görə, Türkiyə klubunun 12 avqusta qəfər adıçəkilən oyunçunu transfer etməsi gözlənilir.

Çempionlar Liqasında pley-off mərhələsi üçün sifariş ərizəsi bu gecə saat 01:00-da qədər UEFA-ya təqdim olunmalıdır, lakin oyundan bir gecə əvvəl saat 01:00-a qədər 2 futbolçu əlavə edilə bilər. Belçikalı yarımmüdafiəçi həmin tarixə qədər heyətə cəlb edilsə, "Benfika"ya qarşı oyunda "Fənərbağça"nın formasını geyinə bilər. 

Qeyd edək ki, Tielemans ötən mövsüm 53 oyuna çıxıb, 5 qol və 10 assistə imza atıb. (Offsideplus.az )  

Chosen
30
1
referans.az

2Sources